logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Simonetta Sommaruqaya

Text size icon-size icon-size

31 iyul 2015, 18:10

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 iyul 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi