2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15 fevral 2011, 20:00
1. 2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il.