logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belçikanın Kralı Əlahəzrət Filippə

Text size icon-size icon-size

20 iyul 2015, 16:05

Əlahəzrət,

Belçikanın milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 iyul, 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi