logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

15 iyul 2015, 21:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2015-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi