logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan

Text size icon-size icon-size

11 iyul 2015, 15:50

Hörmətli cənab Prezident,

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!

Səmimiyyətlə,

Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Vaşinqton

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi