Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Boris Tadiçə
Text size
14 fevral 2011, 18:30
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2011-ci il.