logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib

Text size icon-size icon-size

25 iyun 2015, 23:20

Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.

Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular.

Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular. Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi