logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

Text size icon-size icon-size

24 iyun 2015, 18:10

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22  iyun  2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi