logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Naftalanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Text size icon-size icon-size

10 fevral 2011, 15:30

Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olmuşdur.

Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılmış abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verildi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi