İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
11 fevral 2011, 15:50
Prezident İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul etmişdir.
Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvanto Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, Bakının müasirliyinin və paytaxtımızdakı inkişaf proseslərinin şahidi olduğunu dedi.
Ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini bildirən Prezident İlham Əliyev son illər Azərbaycanın idman sahəsində böyük uğurlar və nailiyyətlər əldə etməsinin önəmini vurğuladı.
Dövlət başçısı Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonun ölkəmizə bu səfərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.