logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub

Text size icon-size icon-size

19 iyun 2015, 11:00

Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub.

Dövlətimizin başçısı Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə müxtəlif vaxtlarda keçirdiyi görüşləri əks etdirən fotolardan ibarət stendə baxdı.

Sonra dövlətimizin başçısı matəm kitabına ürək sözlərini yazdı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi