“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
17 iyun 2015, 19:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsviri təsdiq edilsin (əlavə olunur).
2. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilsin (əlavə olunur).