logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

Text size icon-size icon-size

12 iyun 2015, 18:10

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyun 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi