İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Mahmud Əhmədinejada
Text size
10 fevral 2011, 19:11
Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə İran arasındakı dostluq, mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2011-ci il.