logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olub

Text size icon-size icon-size

08 iyun 2015, 21:25

Prezident İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva  YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi