logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib

Text size icon-size icon-size

08 iyun 2015, 16:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Azərbaycan Respublikasının Prezidenti Baş nazir Əhməd Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Türkiyə Respublikasının Baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi