logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının Prezidenti Andris Berzinşdən

Text size icon-size icon-size

06 iyun 2015, 15:15

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və ölkənizə əmin-amanlıq, sülh arzularımı çatdırmaq istərdim.

Əminəm ki, Latviya ilə Azərbaycan arasında artıq mövcud olan, ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edən əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Andris Berzinş
Latviya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi