logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kamboca Krallığının Baş naziri Hun Sendən

Text size icon-size icon-size

04 iyun 2015, 16:20

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Kamboca Krallığının hökuməti və xalqı adından Zati-alinizə səmimi təbriklərimi, Azərbaycan xalqının xoşbəxtliyi və çiçəklənməsi üçün isə ən xoş arzularımı ifadə etməkdən məmnunam.

Əminəm ki, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında mövcud dostluq əlaqələri və əməkdaşlıq xalqlarımızın qarşılıqlı maraqları naminə daha da genişlənəcək və inkişaf edəcək.

Cənab Prezident, Sizə dərin ehtiramımı bildirir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti vəzifənizin icrasında böyük uğurlar arzulayıram.

Hörmətlə,

Hun Sen
Kamboca Krallığının Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi