logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Raymonds Veyonisə

Text size icon-size icon-size

04 iyun 2015, 15:15

Hörmətli cənab Veyonis,

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 iyun 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi