logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xorvatiya Respublikasının Prezidenti Xanım Kolinda Qrabar-Kitaroviçdən

Text size icon-size icon-size

03 iyun 2015, 16:50

Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika Günü münasibətilə Xorvatiyanın vətəndaşları adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın uzun illərə söykəndiyini nəzərə alaraq, qarşıdakı dövrdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə, xüsusilə iqtisadi sahədə daha geniş əməkdaşlığın yaradılması istiqamətində fəaliyyətin davam edəcəyinə ümidvaram.

Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Xanım Kolinda Qrabar-Kitaroviç
Xorvatiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi