logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının Prezidenti Fuad Məsumdan

Text size icon-size icon-size

02 iyun 2015, 13:20

Zati-aliləri,

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. 

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost Azərbaycan xalqına rifah və xeyir-bərəkət arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri İraq və Azərbaycan xalqlarının mənafeyi naminə daha da möhkəmlənəcək. 

Dərin hörmətlə,

Fuad Məsum

İraq Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi