logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro Prekadan

Text size icon-size icon-size

01 iyun 2015, 14:00

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına Malta xalqının adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edib Zati-alinizə möhkəm cansağlığı və əmin-amanlıq, xalqınıza davamlı tərəqqi arzu edirəm. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, o cümlədən neft və qaz sahəsində əməkdaşlığımızın daha da güclənəcəyinə inanıram. Əminəm ki, enerji sahəsində əlaqələrimiz xalqlarımızın mənafeyi naminə digər sahələrdə də əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.

Hörmətlə,

Xanım Mari-Luiz Koleyro Preka
Maltanın Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi