logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidentləri İsmayıl Safi və Viktor Xmarindən

Text size icon-size icon-size

29 may 2015, 17:10

Zati-aliləri,

İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu (QDXDƏTF) adından Sizi ürəkdən təbrik edək.

Bu bayram Azərbaycan dövlətçiliyinin dirçəlişi günüdür və çoxmillətli xalqın birliyinin, ölkənin bütövlüyünün və cəmiyyətdə həmrəylik və sabitliyin rəmzidir.

Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, bütün Azərbaycan xalqına sülh və çiçəklənmə arzu edirik.

Dərin hörmətlə,

İsmayıl Safi və Viktor Xmarin

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi
Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun
vitse-prezidentləri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi