İordaniyanın Kralı II Abdullahdan
Text size
29 may 2015, 15:50
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza davamlı inkişaf və tərəqqi arzulayıram.
Xahiş edirəm ən dərin ehtiramlarımı qəbul edin.
Hörmətlə,
II Abdullah
İordaniyanın Kralı