logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomedən

Text size icon-size icon-size

29 may 2015, 16:30

Zati-aliləri,

Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və hökumətinə ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Afrikanın diplomatik paytaxtı Əddis-Əbəbədə Azərbaycan səfirliyinin açılması barədə qərarınıza görə Zati-alinizə təşəkkürümü bildirirəm. Azərbaycan səfirliyinin tam şəkildə fəaliyyətini həyata keçirməsindən məmnunluq hissi duyuruq. Əminik ki, bu, qarşıdan gələn illər ərzində ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi istiqamətindəki səylərimizə yardım edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Mulatu Teşome
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi