Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Namdan
Text size
27 may 2015, 16:50
Hörmətli İlham Heydər oğlu,
İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edim.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da xalqlarımızın birgə maraqlarına, istəklərinə uyğun şəkildə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.
Ölkənizin daha da çiçəklənməsi və xalqınızın firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm.
Dərin hörmətlə,
Kim En Nam
Koreya Xalq Demokratik Respublikasının
Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri