logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

Text size icon-size icon-size

23 may 2015, 18:25

Əlahəzrət,

Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 may 2015-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi