logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Text size icon-size icon-size

23 may 2015, 14:30

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Biz qardaş Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik. Azərbaycan dövlətinin sabit və dinamik inkişafı ictimai rifahın yüksəlməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya səviyyəli müasir layihələrin həyata keçirilməsinə xidmət edir.

Əminəm ki, Belarus ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin daha da inkişafı üçün əhəmiyyətli potensialımız vardır. Bizim birgə fəaliyyətimiz mehriban qonşuluq və dostluq ənənələri ruhunda əməkdaşlığa gözəl nümunədir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün arzularınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,
Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi