logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən

Text size icon-size icon-size

21 may 2015, 16:30

Hörmətli İlham Heydər oğlu,

Bakı şəhərində baş vermiş və insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarının və yaxınlarının kədərinə Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan şərik olduğumuzu onlara çatdırmağı xahiş edirəm. Bütün zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirik.

Dərin hüznlə,

Almazbek Atambayev
Qırğız Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi