logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçdən

Text size icon-size icon-size

21 may 2015, 14:20

Zati-aliləri,

Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib.

Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm.

Zati-aliləri, Sizə Serbiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Aleksandr Vuçiç

Serbiya Respublikasının Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi