logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya

Text size icon-size icon-size

28 yanvar 2011, 18:37

Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 yanvar 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi