logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul edib

Text size icon-size icon-size

17 may 2015, 14:40

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər.

Görüşdə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu məmnunluqla qeyd etdi. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də ehtiramla xatırladı. 

Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi