İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşmüşdür
Text size
28 yanvar 2011, 17:53
Davosda Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Qeyd olundu ki, RWE şirkəti Azərbaycan ilə enerji sahəsində səmərəli əməkdaşlıq qurmuşdur.
Energetika sahəsində əlaqələrin önəminin qeyd olunduğu görüşdə RWE şirkətinin Azərbaycan və bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduğu bildirildi.