İlham Əliyev Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür
27 yanvar 2011, 22:55
Prezident İlham Əliyev Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti də təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olundu ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.