İlham Əliyev Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür
Text size
27 yanvar 2011, 18:20
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür.
Görüşdə “LUKoil” ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın və bu şirkətin ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyətinin olduğu vurğulandı.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə “LUKoil” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.