logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevinc Nəbiyeva, Mübariz Həsənov və başqalarından, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

22 aprel 2015, 12:15

Hörmətli cənab Prezident,

Son illər respublikamızda gedən nəhəng tikinti-abadlıq, quruculuq işləri, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ölkə zəhmətkeşlərinin ürəyindən xəbər verir, onları xalqla, dövlətlə daha da həmrəy olmağa, böyük məqsədlər uğrunda çalışmağa ruhlandırır. Bu gün bölgələrimizin hədsiz dərəcədə gözəlləşməsi, abadlaşması, sözün həqiqi mənasında, müstəqil dövlətimizin iqtisadi qüdrətindən xəbər verir. Sevinir və iftixar hissi keçiririk ki, ölkə vətəndaşlarının taleyi etibarlı əllərdədir, ulu öndər Heydər Əliyevin ölməz ideyaları Sizin tərəfinizdən uğurla həyata keçirilir. 

Möhtərəm Prezident, Sizin diqqət və qayğınız sayəsində Göygöl rayonu son illər öz simasını dəyişmiş, respublikamızın ən abad, inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir. İnsanların işlə təmin olunması üçün yeni obyektlər tikilib istifadəyə verilir. Həmçinin kəndimizin yolları əsaslı surətdə təmir edilib. 

Bizim Haçaqaya kəndinin ən vacib problemlərindən biri su problemi olmuşdur. Suya olan tələbat Xeyrə adlandırdığımız çaydan ödənilirdi. Su daşımaq əhali üçün çətinliklər yaradırdı. Son illərdə isə çayda suyun azalması ciddi narahatlığa səbəb olmuşdu. Artıq ən vacib problemimiz də öz həllini tapmışdır. Belə ki, kəndimizdən 300 metr aralıda qazılmış subartezian quyusundan kəndə və oradan da hər bir evə ayrılıqda su xətti çəkilmişdir. Sakinlər sevinc içərisindədirlər. 

Əziz Prezidentimiz, Haçaqaya kəndinin sakinləri adından kəndimizin inkişafına göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir və əminliklə vurğulayırıq ki, biz daha parlaq sabaha, işıqlı gələcəyə məhz Sizinlə birlikdə addımlayacağıq.

Dərin minnətdarlıq hissi ilə,

Nəbiyeva Sevinc Həmizə qızı,
Həsənov Mübariz Dadaş oğlu,
Mahmudova Cəmilə Muxdar qızı,
Zeynalov Nizami Həsən oğlu və başqaları - cəmi 26 nəfər.

Azərbaycan Respublikası, Göygöl şəhəri, Haçaqaya kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi