Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Text size
24 yanvar 2011, 22:30
Hörmətli Dmitri Anatolyeviç!
“Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2011-ci il.