Ş.H. Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
29 mart 2015, 18:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Haşım qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2015-ci il.