“Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 yanvar 2011, 19:00
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1001; 2008-ci il, № 12, maddə 1057; 2010-cu il, № 7, maddə 617) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru
2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1028; 2008-ci il, № 12, maddə 1057) 2-ci bəndində “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2011-ci il.