İlham Əliyev Belçika Krallığının səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 yanvar 2011, 14:52
Prezident İlham Əliyev yanvarın 20-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman Van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırladı. Ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi.
Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğuladı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini dedi.