logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda

Text size icon-size icon-size

10 mart 2015, 19:00

Hörmətli cənab Prezident,

Argentinada baş vermiş vertolyot qəzasında Olimpiya çempionu Kamil Muffanın, tanınmış idmançıların və digər həmvətənlərinizin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 mart 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi