İlham Əliyevin Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub
Text size
04 mart 2015, 17:00
Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulandı. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparıldı.