logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Mingəçevirdəki “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb

Text size icon-size icon-size

24 fevral 2015, 20:16

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.

Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi tikilib. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunur. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaq əyləncə meydançaları yaradılıb, müasir attraksionlar və yelləncəklər quraşdırılıb. Aparılan yenidənqurma işləri sayəsində park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi