07 fevral 2015, 12:30

Güləhməd Məmmədovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident! 

Sizin Sərəncamınızla yaradılan Pirallahı rayonunda böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Yeni yaşayış binalarının və ictimai binaların inşası və ya əsaslı təmir edilməsi, kommunikasiya xətlərinin yenidən qurulması, uşaq bağçasının tikilməsi, Qala qəsəbəsindən rayonumuza müasir avtomobil yolunun çəkilməsi, körpü salınması, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmir olunaraq istifadəyə verilməsi və digər işləri buna misal göstərə bilərik.

Əziz Prezidentimiz, 2014-cü ilin bizim üçün ən mühüm hadisələrindən biri iyul ayından başlayaraq rayonun bir çox məhəlləsinin içməli su ilə fasiləsiz təmin edilməsi oldu.

Uzun müddət Pirallahıda yaşamış qocaman bir dənizçi kimi bu əlamətdar hadisəyə görə rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə.

Məmmədov Güləhməd Məmməd oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.