İlham Əliyev Münxendə Fransanın müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb
06 fevral 2015, 22:20
Prezident İlham Əliyev Münxendə Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirildi. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırıldı. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirildi.