logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yunanıstan Respublikasının Baş naziri Zati-aliləri cənab Aleksis Tsiprasa

Text size icon-size icon-size

02 fevral 2015, 19:00

Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilən parlament seçkilərində qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

İnanıram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 fevral 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi