logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Text size icon-size icon-size

24 yanvar 2015, 14:05

Prezident İlham Əliyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi