logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olub

Text size icon-size icon-size

23 yanvar 2015, 13:20

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulandı.

Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi