logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və İsrailin sabiq Prezidenti Şimon Peresin görüşü olub

Text size icon-size icon-size

22 yanvar 2015, 15:20

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi