logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri ilə görüşüb

Text size icon-size icon-size

22 yanvar 2015, 14:30

Prezident İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri Kommer Damen ilə görüşüb.

Görüşdə “Damen Shipyards Group” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulandı.

Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda hərbi, mülki və xidməti gəmilərin istehsalına maraq göstərdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi